Bölgə xəbərləri

“Qırmızı Körpü” gömrük-sərhəd məntəqəsində “KOB dostu” fəaliyyətə başlayıb

9 avqust / 12:12 1 dəq
0143cc45 9d3d 3c5a a425 74120dbc8080
9 avqust / 12:12
Burada sizin reklamınız ola bilər

Qazax rayonundakı “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində “KOB dostu” fəaliyyətə başlayıb.

“Qərb xəbər” bildirir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.

Onun sözlərinə görə, burada idxal-ixrac əməliyyatları və gömrük prosedurları barədə informasiya və məsləhət veriləcək, hüquqi yardım göstəriləcək: “Bu, gömrükdə Bakıdan sonra “KOB dostu”nun sayca 2-ci xidmət pəncərəsidir”.

3485f649-c6cc-3df4-b2a3-52be91ea83263d74677a-8864-3f23-a911-afa8faee34d5

Paylaş
Burada sizin reklamınız ola bilər