Bölgə xəbərləri

Qırğızıstan və Tacikistan sərhəd münaqişəsinə dair protokol imzalayıb

25 sentyabr / 17:01 4 dəq
63304fab14a6563304fab14a66166411050763304fab14a6363304fab14a64
25 sentyabr / 17:01
Burada sizin reklamınız ola bilər

Bu gün Qırğızıstan və Tacikistan sərhəd münaqişəsinin dayandırılmasına dair protokol imzalayıb.

‘Qərb Xəbər’in TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Qırğızıstan Baş nazirinin müavini, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

 

Kamçıbek Taşiyev hesab edir ki, tərəflər protokolda göstərilənlərə ciddi əməl edəcəklər.

Tacikistan tərəfdən sənədə imza atan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov bildirib ki, bu gün sülh gəlir, Lyaylya və Batken rayonlarının evlərini tərk edən sakinləri geri qayıda bilərlər. Onun sözlərinə görə, Qırğızıstan tərəfi qaçqınların kəndlərinə qayıtmasını təşkil edəcəklər.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də kəskinləşib. Qırğızıstan tərəfi bildirib ki, Tacikistan sərhədçiləri Batken vilayətinin Batken rayonunun Bulak-Bakı məntəqəsində sərhədi keçib, döyüş mövqeyi tutub. Qırğızıstan tərəfinin mövqeləri tərk etmək barədə tələbi yerinə yetirilməyib və atışma başlayıb. Sentyabrın 17-də Qırğızıstan Sərhəd Xidməti Oş vilayətində atışma olduğu barədə məlumat yayıb. Qırğızıstan sərhədyanı kəndlərdən 140 min nəfəri evakuasiya edib.

Sentyabrın 19-da iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət xidmətləri qoşunları geri çəkmək və sülhün bərqərar etmək barədə protokol imzalayıblar.

Qırğızıstan tərəfi münaqişə nəticəsində 62 nəfərin öldüyünü, 200-ə qədər insanın yaralandığını açıqlayıb.

 

Kamçıbek Taşiyev hesab edir ki, tərəflər protokolda göstərilənlərə ciddi əməl edəcəklərTacikistan tərəfdən sənədə imza atan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov bildirib ki, bu gün sülh gəlir, Lyaylya və Batken rayonlarının evlərini tərk edən sakinləri geri qayıda bilərlər. Onun sözlərinə görə, Qırğızıstan tərəfi qaçqınların kəndlərinə qayıtmasını təşkil edəcəklər.Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də kəskinləşib. Qırğızıstan tərəfi bildirib ki, Tacikistan sərhədçiləri Batken vilayətinin Batken rayonunun Bulak-Bakı məntəqəsində sərhədi keçib, döyüş mövqeyi tutub. Qırğızıstan tərəfinin mövqeləri tərk etmək barədə tələbi yerinə yetirilməyib və atışma başlayıb. Sentyabrın 17-də Qırğızıstan Sərhəd Xidməti Oş vilayətində atışma olduğu barədə məlumat yayıb. Qırğızıstan sərhədyanı kəndlərdən 140 min nəfəri evakuasiya ediSentyabrın 19-da iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət xidmətləri qoşunları geri çəkmək və sülhün bərqərar etmək barədə protokol imzalayıblar.Qırğızıstan tərəfi münaqişə nəticəsində 62 nəfərin öldüyünü, 200-ə qədər insanın yaralandığını açıqlayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər