Ağstafa

Qıraq Kəsəməndə Kürün səviyyəsi 14 sm artıb

29 may / 09:22 1 dəq
Kür çayı
29 may / 09:22
Burada sizin reklamınız ola bilər

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, avtomat hidroloji stansiyaların mayın 29-u saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər