Qida zənciri – sadəcə diyetik yemək deyil, düzgün ardıcıllıqdır…-Elnur Nemətovun yazısı
İnsan çox vaxt düşünür ki, pəhrizdə əsas məsələ yalnız “diyetik” adlanan məhsulları yeməkdir. Guya şəkərsiz yoqurt, quru çörək, diyetik batonlar, salatlar ,peçenye və s yesək çəki azalacaq. Amma əslində bu, ən böyük yanlışlardan biridir. Cünki qida zənciri deyilən bir anlayış var ki, onsuz hecnə alınmayacaq!
Bəs nədir bu qida zənciri?
Qida zənciri – bizim bədənimizin enerjini necə aldığına dair ardıcıllıqıdır və bu ardıcıllıq pozulanda cəki getmir.
Bədənimiz hər gün zülal, yağ, karbohidrat, vitamin və mineralları müəyyən nisbətdə və düzgün sırada almağa öyrəşib. Bu ardıcıllıq pozularsa, bədən “çaşır” və artıq çəkini saxlamağa başlayır.
Sadə dildə izah edək:
Qida zəncirini bir boyunbağına bənzədək. Boyunbağının hər muncuğu – səhər yeməyi, fasilə, nahar, axşam yeməyi və meyvənin düzgün vaxtıdır. Əgər muncuqlardan biri qırılıb düşsə, boyunbağı açılır, medalyon yerə düşüb itir. Medalyonu tapıb yerinə qoymaq isə heç də asan olmur – bəzən uzun vaxt axtarış tələb edir.
Qida zənciri də eynilə belədir: qırıldığı zaman onu bərpa etmək çətinləşir.
Çünki bədən bir dəfə “depolama rejiminə” keçəndə, metabolizmi yenidən sürətləndirmək üçün həm vaxt, həm də səbr lazımdır.
Bəs niyə ardıcıllıq pozulanda çəki getmir?
Məsələn:
Bəzən günorta yeməyində yalnız diyetik baton yeyirik, amma yanında zülal olmur. Nəticədə bədən doymaq bilmir, bir saatdan sonra yenidən aclıq gəlir.
Bəzən isə axşam yalnız meyvə yeyirik, amma zülal olmadığına görə şəkər sürətlə qalxır və bədən artıq şəkəri piyə çevirir.
Çox vaxtda səhər yeməyini atlatırıq, “axşamda az yeyəcəm” deyirik ki, səhər tərəziyə çıxanda aşağı çəki görək. Amma gün boyu ac qalırıq deyə metabolizm zəifləyir və bədən aldığı hər lokmanı yığmağa (depolamağa) başlayır.
Qısacası: sıra pozulmamalıdır! Əgər səhər yeməyini ötürüb günortadan başlayırıqsa, artıq zəncir qırılır. Bu zaman bədən aldığı enerjini düzgün istifadə etmir.
Deməli təkcə diyetik yeməklər təkbaşına kömək etmir. Əksinə, ardıcıllıq pozulanda çəkiyə təsir edir, düşünürük ki, “düzgün yeyirik”, amma bədən çəkisi dəyişmir.
Sonda da giley-güzar, yanlış düşüncə və demotivasiya başlayır: “Mənim yəqin orqanizmimdə problem var, məndə alınmayacaq, deyəsən mən həmişə belə də qalacağam, ya da mütəxəssisim zəifdir kimi fikirlər )…”
Unutmayaq ki, qida zənciri çox həssasdır. Bəzən biz “əhəmiyyətsiz” sandığımız kiçik əlavələr – əlavə bir qəlyanaltı, özbaşına seçilmiş “diyetik” məhsul, mütəxəssislə məsləhətləşmədən qəbul etdiyimiz ən xirda yeni qida – bu zənciri poza bilər.
Ona görə də düzgün qidalanma prosesində mütəxəssis nəzarətindən kənara çıxmamaq, ən xırda detalı belə özbaşına dəyişməmək çox vacibdir.
Qeyd:
Getməyən çəki deyilən bir anlayış yoxdur. İstənilən çəkini aşağı və ya yuxarı istiqamətdə dəyişmək mümkündür. Sadəcə hansı yeməyi hansından əvvəl və ya sonra, hansı miqdarda, hansı zaman kəsiyində yemək – ən əsası isə doğru qida zəncirinə sadiq qalmaq kifayətdir.
Doğru qida zəncirinin vacib prinsipləri isə bunlardır.
- Səhər yeməyini qaçırmamaq. Bu, bədəni oyadır və gün ərzində enerji verir.
- Fasilə yeməkləri ac qalmağı önləyir.
- Nahar yeməyi vacibdir. Çünki bədənin enerji ehtiyacını qarşılamaq, günün ikinci yarısında işlək saxlamaq və metabolizmi düzgün yolda tutmaq işini məhz o görür.
- Axşam isə yüngül olmalıdır ki, bədənimiz dincəlmə rejiminə asanlıqla kecə bilsin.
- Meyvəyə gəldikdə isə əsasən günorta və ya səhər yeyilməlidir.
Nəticə:
Diyetik yemək – o demək deyil ki, limitsiz yeyə bilərik. Qeyd etdiyimiz kimi əsas məsələ düzgün ardıcıllıq və balansdır. Əks halda, “guya diyetik yeyirəm, amma çəki getmir” problemi qaçılmaz olacaq.
Amma qida zəncirini doğru tutsaq:
Arıqlamaq istəyiriksə çəkimiz azalar,
Enerjimiz artar,
Həzm yaxşılaşar,
Və ən əsası – nəticə qalıcı olar.
Hörmətlə: AAKİB sədr müavini və texniki direktoru,
sağlam həyat üzrə yaşam motivatoru Elnur Nemətov




