Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin zona konfransları – Təəssürat

4 həftə ago
A A
1
1_10
1_8
1_7
1_6
1_5
1_4
1_3
1_1

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları təşkil edir.

“Qərb Xəbər” Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlovun Şəmkirdə keçirilən konfrans barədə təəssüratlarını təqdim edir:

Konfrans ictimai şuralarla icra hakimiyyətləri arasında əməkdaşlığın gücləndirilməsində müəyyən qədər rol oynayacaq. Regionlarda konfransların keçirilməsi onu gösərir ki, ictimai şuraların fəaliyyətinin gücləndirilməsində hökumət maraqlıdır. İctimai Şuralar bu imkandan yararlanaraq ictimai iştirakçılığın şəffaflığının qorunması sahəsində və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyyələrlə  çıxış edə bilərlər.

İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu cür tədbirlərin təşkili, ümid edirəm, müsbət nəticələrin əldə olunmasına təkan verəcək.

Hesab edirəm ki, konfransdan sonra regionda açıq hökumətin və ictimai nəzarətin  fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, rayonlarda  vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığının gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yarana bilər.

İctimai Şuraların  təkliflər vermək, yerli icra strukturlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil etmək,  yerli icra strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına səy göstərmək, qərarların qəbulu zamanı ictimai rəy və vətəndaşların qanuni maraqlarının nəzərə alınması priorotet sahələrindən biridir.

Beləliklə, açıq hökumətin təşviqi və ictimi nəzarət  sahəsində ictimai şuralar  müəyyən təcrübələr əldə edə biləcəklər.

Amma bununla bərabər regionda açıq hökumətin və ictimai nəzarətin təşviqi üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi baxımından institusional dəstək mütləq vacibdir. Belə ki, “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununda tələb olunan işləri icra etmək üçün İctimai Şuralara müəyyən qədər texniki və institusional dəstək vacibdir.

Şura Qanunda göstərildiyi kimi, daimi yerlərdə ictimai müzakirələr və dinləmələr təşkil etməli, ictimai rəyi öyrənməli,  qəbul olunan qərarların ictimai müzakirəsini təşkil etməlidir. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmağı zəruri hesab edirəm. Bu istiqamətdə  konfrans yuxarıda göstərilənlərə bir istiqamət vermiş olacaq.

Son xəbərlər

729b5363-87d0-3458-9edd-a3094dc17127_850

İlham Əliyev: “Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik”

04 İyul 2022
4528ae6a-892a-3d7a-b37b-134d6557e39e_850

Şəmkirdə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

04 İyul 2022
15432e36-ca05-341f-881a-9864cb1ad724_850

Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib

04 İyul 2022
indir

“Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması elə də asan məsələ deyil”.

04 İyul 2022
62c2c33e4d79562c2c33e4d7971656931134b00e18aa519cd578d4b242e376e70331

Azərbaycan və Aİ liderlərinin telefon danışığı olub

04 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.