Qeyri formal görüşünün olacağı gözlənilən idi: POLİTOLOQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə siyasi analitik Asif Nərmanlı danışıb.
O qeyd edir ki, MDB dövlətlərinin qeyri formal görüşünün olacağı gözlənilən idi. Amma burada maraqlı olan son illərdə xüsusi ilə müharibədən sonrakı dövürdə görüşlərin çoxalmasıdır. İndiki situasiyada hər iki ölkənin liderinin Rusiyaya getməsidə, daha çox öz mövqeylərini gücləndirmək üçün hesablanıb.
Praqa görüşündən sonra belə bir samitin keçirilməsi qeyri rəsmi olsa belə Putinin səviyyəsində müzakirələr aparılacaq. İlkin olaraq Praqada keçirilən görüşün nəticələri müzakirə olunacaq. Sonrakı dövürdə isə Rusiya çalışdığı qədər özünün vasitəsi ilə əldə edilmiş razılaşmaların icrasını bir daha müzakirə edəcək. Düşünürəm ki, müzakirə zamanı ən maraqlı məqam Fransa və Avropa İttifaqının müşahidəçi misyasının sərhədə gəlməsi olacaq. Taktiki olaraq Rusiyanın bölgədəki vasitəciliyinə qarşı açılış var. Buda Azərbaycan Prezidenti müşahidə missyasının Azərbaycan ərzisində olmamasını təmin edib.
Ülviyyə Həsənli
Qərb Xəbər.




