Bölgə xəbərləri

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Gəncə şəhərində səfərdədirlər

27 aprel / 11:21 1 dəq
Ad3069f1 a00e 3078 8d68 3d575a401259
27 aprel / 11:21
Burada sizin reklamınız ola bilər

Qazaxıstanlı bir qrup KİV və ictimaiyyət nümayəndələri Gəncə şəhərinə səfər ediblər.

“Qərb Xəbər” Report-a istinadən bildirir ki, Qazaxstanın ictimaiyyət və KİV nümayəndələrindən ibarət qrup Gəncə şəhərinə səfərdədir. Nümayəndə heyəti Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazidə olublar. Orada şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər qoyublar.

Daha sonra qonaqlara Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinlə bağlı məlumatlar verilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər