Qazax

Qazaxın azad olunmuş kəndlərinin simetası hazırlanır

1 may / 11:18 1 dəq
Indir 2025 05 01t111707.810
1 may / 11:18
Burada sizin reklamınız ola bilər

Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Report-a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər