Bölgə xəbərləri

Qazax rayon Çaylı kəndində yol qəzası. Xəsarət alanlar var – Video

22 mart / 18:35 1 dəq
377d5ed7 3ce0 314f be61 5193105578dd
22 mart / 18:35
Burada sizin reklamınız ola bilər

Qazax rayon Çaylı kəndində ağır yol qəzası baş verib.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

“Qərb Xəbər” bildirir ki, avtomobil qəzası zamanı Çaylı kənd sakinləri, 2001-ci il təvəllüdlü H.Rzayev və 2002-ci il təvəllüdlü S.Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, Çaylı kənd yolunda “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxıb, öncə yol kənarındakı ağaca çırpılıb, daha sonra isə aşıb.

Faktla bağlı araşdırma aparılır.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər