Qazax

Qazaxda “Summer cup” intellektual yarışı keçirilib

19 iyul / 17:55 1 dəq
FB IMG
19 iyul / 17:55
Burada sizin reklamınız ola bilər

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə gənclər arasında “Summer cup” intellektual yarışı keçirilib. 

“Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində təşkil olunan turnir 2 mərhələdən ibarət olub. “Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutan komanda “Breyn Rinq” mərhələsinə yüksəlib. Bu raundun nəticələrinə əsasən, “Stronsium” komandası “Summer cup”a yiyələnib. “Forza Milan” II, “Vortex” isə III pilləni tutub.

İntellektual yarışda 19 komandanın heyətində 95 gənc öz biliyini nümayiş etdirib.

Qeyd edək ki, yekunda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunublar.

Paylaş
Burada sizin reklamınız ola bilər