“Azərsu” ASC Bakı ətrafı ərazilərdə və digər bölgələrimizdə içməli su təminatının yaxşılaşdırılması və tullantı sularının idarə edilməsi istiqamətində gördüyü işləri açıqlayıb.
“Qərb Xəbər” məlumat verir ki, həmçinin Gəncədə şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması işlərini planlaşdırırıq. Bu iş üçün də dövlət büdcəsindən investisiya ayrılıb və tender prosedurları həyata keçirilir.
Qazaxda İslam İnkişaf Bankının maliyyələşdirdiyi layihə əsasında görülən işlərimiz bu il tam yekunlaşır. Qazaxda həm su mənbəyi yaradıldı, həm də şəhərdaxili içməli su və tullantı su şəbəkələri tamamilə yenidən quruldu, tullantı sutəmizləyici qurğu tikildi. Eyni zamanda Şabran rayonunun 9 kəndində “Azərsu” ASC-nin içməli su layihələri davam edir. Hacıqabul rayonunun Qarasu kəndində istismar müddətini keçmiş daxili şəbəkənin yenidən qurulmaslı və sayğaclaşma işlərini həyata keçiririk. Açıdərə ərazisində tullantı su kollektorunun qurulması ilə bağlı işlər son iki ildə davam elətdirilib. Bu il də həmin ərazidə işlərin görülməsi planlaşdırılır”.