Bölgə xəbərləri

Qazaxda sərhədi pozmağa cəhd göstərənlər saxlanılıb

21 may / 12:22 2 dəq
81c8a5f8 d124 38de 9da6 87addd8682de
21 may / 12:22
Burada sizin reklamınız ola bilər

Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb.

“Qərb Xəbər” bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən məlumat verir.

Bildirilib ki, may ayının 21-də saat 02:12 radələrində rayonun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycanın Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər