Kateqoriyasız

Qazaxda şəhid dəfn edilib

17 dekabr / 17:08 1 dəq
248679a6 c99d 4210 a3e0 a9f83ed89790
17 dekabr / 17:08
Burada sizin reklamınız ola bilər

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 1995-ci il təvəllüdlü Kərimov Kamil Ələddin oğlu Qazax rayonunda dəfn edilib.

“Report”un məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

K.Kərimov Qazaxın Ürkməzli kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov Vətən müharibəsi dövründə Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Döyüşlərin başladığı ilk günlərdən ailəsinin Kamildən məlumatı olmayıb. Dünən onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!

Paylaş
Burada sizin reklamınız ola bilər