Qazax

Qazaxda “Narkotiksiz sağlam həyat”layihəsi həyata keçirilir

28 sentyabr / 15:39 3 dəq
WhatsApp Image 2022 09 28 at 14.40.59
28 sentyabr / 15:39
Burada sizin reklamınız ola bilər

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kənddə (Ağköynək,Xanlıqıar,Birinci Şıxlı, İkinci Şıxlı , Yuxarı Salahlı , Orta Salahlı və Kosalar)
20-27.09.2022-ci il tarixlərdə sakinlərlə görüş keçirilmişdir. Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor, gələcək tədbirlər haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədi ilə idman yarışlarının , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.
Daha sonra görüşlərdə iştirak edib cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov , QMİ-nin zona Qazisi İlham Suleymanov , Qazax RiH-nin Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Vadim Əmiraslanov , Qazax RiH-nin Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsi müavini Ərəstun Məmmədov , Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov , Qazax RiH-nin Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi müavini Çərkəz Adığözəlov , İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov , Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Zeynalov Çingiz , Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Xəlilov Azim ,Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Nəsibov Ramin, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Əmirov Bəxtiyar , Kosalar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Məmmədzadə Adil və layihənin könüllüsü Qol güləşi üzrə avropa cempionu Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar. Görüşlərdə ümumilikdə 130 nəfər iştirak etmişdir.
Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirlərin sonunda xatirə şəkilləri cəkdirildi.

WhatsApp Image 2022-09-28 at 14.41.00WhatsApp Image 2022-09-28 at 14.41.01WhatsApp Image 2022-09-28 at 14.41.05 (1)WhatsApp Image 2022-09-28 at 14.41.05WhatsApp Image 2022-09-28 at 14.41.19

Paylaş
Burada sizin reklamınız ola bilər