Qazax

Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb

30 iyul / 09:46 1 dəq
66a87c3a26fcd66a87c3a26fce172231788266a87c3a26fc966a87c3a26fcb
30 iyul / 09:46
Burada sizin reklamınız ola bilər

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayon sakini Elviz Salmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com verilən məlumata görə, E. Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər