Hadisə

Qazaxda narkokuryer saxlanılıb – FOTO

22 aprel / 08:58 1 dəq
6625d491495d86625d491495d917137552816625d491495d66625d491495d7
22 aprel / 08:58
Burada sizin reklamınız ola bilər

Qazaxda narkokuryer saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb. Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Paylaş
Burada sizin reklamınız ola bilər