Qazax

Qazaxda naməlum şəxs evə basqın edərək 3 nəfərə xəsarət yetirib

16 iyun / 21:56 1 dəq
Bıçaq
16 iyun / 21:56
Burada sizin reklamınız ola bilər

Qazaxda evə basqın edən maskalı şəxs 3 nəfərə xəsarət yetirib.

Qerbxeber.com “Reporta” istinadən xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.

Maskalı şəxs (və ya şəxslər) mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıb. O, bu zaman ev sahibini bıçaqlayıb, həyat yoldaşına və övladına xəsarət yetirib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər