Macarıstan öz ərazisində NATO ordusunun yerləşdirilməsinə icazə verdi
Macarıstan ölkənin qərbində NATO qoşunlarının yerləşdirilməsinə icazə verib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Baş nazir Viktor Orban müvafiq fərman imzalayıb.
Macarıstan NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə, həmçinin öz ərazisi vasitəsilə NATO-ya üzv olan digər dövlətlərə silah tədarükünə icazə verir.
Bununla belə, fərmanda deyilir ki, Macarıstan öz ərazisindən Ukraynaya ölümcül silah daşınmasına icazə vermir.





