Qazaxda keçirilən fotomüsabiqə başa çatıb
Bu gün “Qazax gənclərin gözü ilə” foto müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
“Bölgənin səsi” saytının məlumatına görə, Qazax GİKM tərəfindən təşkil olunan müsabiqəyə müxtəlif müəlliflər tərəfindən çəkilmiş 30-a qədər foto təqdim olunub.
Gənclər Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə fotolara baxış keçirilib. Daha sonra münsiflər heyətinin rəyinə əsasən fərqlənən fotolar müəyyənləşdirib.
Muradlı Xədicə Rafiq qızının müəllifi olduğu foto müsabiqənin qalibi adına layiq görülüb. Mərdanlı Aytəkin Ələddin qızı II, Omarova Günel Şadət qızı isə III yeri tutub. Qalib və mükafatçılar Qazax GİKM tərəfindən müvafiq diplom, eləcə də, qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, müsabiqəyə 21 iyunda start verilmişdi.







