Hadisə

Qazaxda inkubator sexində baş verən yanğın söndürülüb

25 aprel / 08:32 1 dəq
Images 2024 04 25T083204.834
25 aprel / 08:32
Burada sizin reklamınız ola bilər

Qazaxda yanğın hadisəsi baş verib.

Qerbxeber.com məlumatına görə, hadisə Qazax şəhərinin Bakı küçəsində qeydə alınıb.

Sözügedən küçədə yerləşən inkubator sexində anidən yanğın olub, sexinin 150 kv/m dam örtüyü yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər