Qazaxda idarə işçisi iş başında öldü
Qazax Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.
Qerbxeber.com Teleqraf a istinadən xəbər verir ki, su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Mikayıl Qurbanovun səhhəti anidən pisləşib.
Xəstəxanaya çatdırılan 56 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




