Qazaxda “İctimai vəkillik” mövzusunda sonuncu təlim baş tutub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda sonuncu təlim baş tutub.
“Qərb Xəbər” bildirir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən altıncı təlim 20.10.2022-ci il tarixində Qazax rayonu Cəfərli kənd M.Dilbazi adına tam orta məktəbində həyata keçirilib.
İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.
Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “İctimai vəkillik” mövzusunda təlimlər İradə Həsənova tərəfindən keçirilib.




