Bölgə xəbərləri

Qazaxda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

27 avqust / 16:12 1 dəq
19572e7e7ca898300101287820ba9879
27 avqust / 16:12
Burada sizin reklamınız ola bilər

Avqust ayının 28-də səhər saatlarından etibarən şəhərin mərkəzindəki prospekt, küçə, və yollarda, həmçinin əhalinin sıxlıq etdiyi parklarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Goyezen.az-ın məlumatına görə, dezinfeksiya işləri Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən təşkil ediləcək. Prospekt və küçələr, parklar əməkdaşlar tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla əl aparatı və maşın vasitəsilə dezinfeksiya olunacaq.

Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ehtiyatlı olmaları xahiş olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər