Ağstafa

Qazaxda Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

16 may / 10:29 1 dəq
Indir 2025 05 16t102931.517
16 may / 10:29
Burada sizin reklamınız ola bilər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinə (əlaqə vasitələri: (055) 300 99 82, (022) 312 38 91, chairman@scara.gov.az, dk-tovuz@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər