Qazaxda “Bir müəllimin manifesti” proqramı davam edir
ADA Universiteti 2021-ci ilin may ayından Qazaxda “Bir müəllimin manifesti” proqramına start verib.
“Qərb Xəbər“in məlumatına görə, proqram çərçivəsində ADA Universiteti tərəfindən 1918-ci ildə Qazaxda fəaliyyətə başlamış Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpasına başlanılıb və gələn tədris ilinə ADA-nın Qazax Mərkəzi olaraq istifadə verilməsi nəzərdə tutulur.
2022-2023-cü tədris ilindən ADA Universiteti Azərbaycan dilində 2 yeni magistr ixtisası təklif edir:
- Təhsil üzrə menecment( təhsil müəssisələrinin idarəedicilərin hazırlanması)
- 2.Təlim və tədrisin təşkili metodikası(müəllim hazırlığı).
Bu ixtisaslar əyani və distant formada Bakıda ADA Universitetinin əsas binasında, həm də ADA Universitetinin Qazax Mərkəzində tədris olunacaq. İxtisaslara qəbul DİM-in Magistraturaya qəbul imtahanları qaydaları üzrə həyata keçiriləcək. Keçid üçün 45 bal tələb olunur, fənnlər üzrə bal məhdudiyyəti qoyulmur. Təhsil ödənişlidir.
Elektron ərizə formasını doldurmaq üçün www.ada.edu.az/apply linkindən istifadə edə bilərsiz. İmtahan 20 fevral tarixində baş tutacaq. DİM-in imtahan qeydiyyatı 01-10 fevral tarixlərində olacaq. May ayında isə İkinci imtahan şansı gözlənilir.
Bunun üçün DİM-in qeydiyyat saytını izləməyinizi tövsiyyə edirik. Əlavə məlumat üçün 051 207 10 10 nömrəsinə müraciət edə bilərsiniz.




