Bölgə xəbərləri

Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

3 dekabr / 15:20 1 dəq
Eaca8aa4 5aa6 3324 920c 27678cb04946
3 dekabr / 15:20
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda avtomobil 6 yaşlı uşağı vurub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili Qazax rayon sakini, 2016-cı il təvəllüdlü M.Muradovanı vurub. Hadisə nəticəsində uşaq müxtəlif bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər