Ağstafa

Qazax və Ağstafada faydalı qazıntı yataqları istifadəyə verilib

16 fevral / 13:44 1 dəq
63edeaf9428de63edeaf9428df167653656963edeaf9428dc63edeaf9428dd
16 fevral / 13:44
Burada sizin reklamınız ola bilər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

“Qərb Xəbər” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən hərracda Xızıda yerləşən “Şurabad” qum yatağının 22 ha sahəsi, Balakəndə “Göyəmtala” gil yatağının 3,22 ha, Qazaxda “Aşağı Salahlı” gil yatağının və “Daş Salahlı-III” sement xammalı yatağının müvafiq olaraq 20 ha və 25 ha, Ağstafada “Acıdərə” vulkan külü yatağının 6 ha sahəsi istifadəyə verilib.

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər