Qazax rayonu üzrə ümumi taxıl əkini 11364,2 hektardır- Statistika
Qazaxda əkin sahələrində taxıl bitkilərinin biçini aparılır.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovun “Qərb Xəbər”ə verdiyi məlumata görə, hazırda Qazax rayonu üzrə ümumi taxıl əkini 11364,2 hektardır.
Belə ki, biçin aparılan sahənin 6487,6 hektarını arpa, 4876,6 hektarını isə buğda məhsulu təşkil edir.
Qeyd edək ki, biçinə ümumi 56 kombayn cəlb olunub, bunlardan 9-u Qazax Aqrolizinq qurumunun kombaynları, 21-i şəxsi kombaynlar, 26-ı isə dislokasiya olunmuş kombaynlardır.
Həmid Pənahov qeyd edib ki, həmçinin sərhədyanı olan kəndlərdə biçinlər davam edir, lakin Qazax rayonu Ermənistanla sərhəddə yerləşən Quşcu Ayrım və Məzəm kəndlərində taxıl bitkilərinin tam yetişmədiyinə görə biçin dayandırılıb.

Ülviyyə Həsənli.




