Qazax polisi narko-kuryerlik edən şəxsi saxlayıb
Qazax polisi narko-kuryerlik edən şəxsi saxlayıb.
“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə gətirilmiş
narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını
təmin edən narko-kuryer saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov
Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və
bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa
razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli
çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon
həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.







