Qazaxda avtomobil körpüdən yerə aşdı – Dəhşətli qəzadan ÖZƏL Video
Qazax rayonunda Martın 2-si gecə saat təxminən 3-4 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində olan “Qərbxəbər”in müxbiri xəbər verir ki, şəhərin Əliağa Şıxlinski küçəsində qeydə alınan avtoqəza nəticəsində OPEL Corsa markalı 99 DB 946 nömrəli minik avtomobili körpüdən aşıb. Sürücü dərhal hadisə yerindən qaçıb.
İlkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olan maşın idarəetmədən çıxaraq aşıb, nəticədə avtomobilə ciddi ziyan dəyib. Şahidlərin sözlərinə görə, sürücü sükan arxasında sərxoş vəziyyətdə imiş.
Araşdırmalar davam etdirilir.




