Qarşıdakı günlərin hava proqnozu açıqlanıb
Sentyabrın 13-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.
“Qərb Xəbər”bildirir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata əsasən, qeyd olunan tarixlərdə arabir yağış yağacağı, bəzi rayonlarda şimşək çaxacağı gözlənilir. Sentyabrın 13-dək havanın temperaturu gündüzlər +19, +20 gecələr isə +9, +14 dərəcə təşkil edəcək.
Sinoptiklər 14, 15 sentyabr tarixlərində havanın günəşli və yağmursuz keçəcəyini, temperatur göstəricilərinin isə gündüzlər +25, +27 gecələr isə +12, +15 dərəcə təşkil edəcəyini proqnozlaşdırırlar.




