Bölgə xəbərləri

“Qarabağ” “Turan Tovuz”u qəbul edəcək

20 oktyabr / 10:45 1 dəq
82400
20 oktyabr / 10:45
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.

“Qərb Xəbər” bildirir ki, günün yeganə matçında ölkə çempionu “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək.

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda “Köhlən atlar” 27 xalla liderdir. Tovuz təmsilçisi isə 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Azərbaycan Premyer Liqası

XI tur

20 oktyabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər