Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Qarabağ” “Keşlə”ni, “Sumqayıt” “Səbail”i qəbul edəcək.

18 aprel / 20:21 3 dəq
18 aprel / 20:21
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Səbail”i qəbul edəcək. Komandalar fərqli hədəflər uğrunda mübarizə aparsalar da, hər ikisinə qələbə lazımdır. Hazırda 35 xalla 3-cü pillədə qərarlaşan qonaqlar mükafatçılar sırasında mövqeyini qorumaq istəyirsə, 20 xala malik “Sumqayıt” 7-ci yerdədir və elitada qalmaq üçün çarpışır.

Ötən tur “Neftçi” ilə 2:2-lik bərabərə qaldıqları görüşdə qələbəni 90+5-ci dəqiqədə buraxdığı qolla əldən verən “Səbail” səfər matçına ciddi itki ilə çıxacaq. Komandanın əsas qapıçısı Aleksandr Rıbka “ağ-qaralar”la oyun başa çatandan sonra qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır. “Sumqayıt”ın heyətlə bağlı ciddi problemi olmasa da, baş məşqçi Ayxan Abbasov daha çox aprelin 23-də Azərbaycan Kubokunda “Zirə”yə qarşı evdə keçirəcəkləri ilk yarımfinal görüşü barədə düşünür.

“Sumqayıt” və “Səbail” indiyə qədər 7 dəfə qarşılaşıblar. Bunlardan 3-də qalib gələn meydan sahibləri, 2 dueldən məğlub ayrılıb. Cari mövsümdə bu komandaların ilk 3 oyunundan sonuncusu qolsuz heç-heçə ilə yekunlaşıb. “Səbail” 2, rəqibi isə 1 cavabsız qolla qalib gəlib.

Günün digər matçı 54 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ”la 19 xalla son sırada yer alan “Keşlə” arasında olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun aşkar favoriti ağdamlılardır.

Bu komandalar cari mövsümdə 5 dəfə qarşılaşıblar. Oyunlardan 3-ü Premyer Liqaya, 2-i isə Azərbaycan Kubokuna təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv rəqibini kubokda mübarizədən kənarlaşdırdığı halda (1:0, 1:1), çempionatda da 2 dəfə məğlub edib (1:1, 5:1, 1:0). “Qarabağ” və “Keşlə” milli çempionatlarda indiyə qədər 58 dəfə üz-üzə gəliblər. Bunlardan 26-da qalib gələn ağdamlılar, 13 görüşdən məğlub ayrılıblar.

Qeyd edək ki, XXV tura apelin 19-da keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

8 aprel (cümə axşamı)

16:45. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena”

İlk üç dövrə – 0:2, 1:0, 0:0

19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk üç dövrə – 1:1, 5:1, 1:0

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı