Bölgə xəbərləri

“Qalatasaray” “Qarabağ”a məxsus Avropa rekordunu təkrarlaya bilər

21 fevral / 15:09 1 dəq
Thumbs b c f4dcf06cbd99efbd373712ba3ee5c818
21 fevral / 15:09
Burada sizin reklamınız ola bilər

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə seriyasını təkrarlaya bilər.

İstanbul təmsilçisinə bunun üçün Super Liqanın növbəti matçında qalibiyyət kifayət edəcək.

Hazırda Avropa rekordu mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 görüşündə büdrəməyən “Qarabağ”a məxsusdur. “Qalatasaray” isə Super Liqanın son 12 turunda rəqiblərini üstələməyi bacarıb.

Ümumilikdə Avropanın 11 klubu cari mövsüm ardıcıl minimum 10 qalibiyyət əldə edə bilib. “Qarabağ”ın başçılıq etdiyi siyahıda “Qalatasaray” istisna olmaqla, digər komandaların hamısının seriyası dayanıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə çempionatında növbəti oyununu martın 11-də keçirəcək. “Sarı-qırmızılılar” həmin gün XXV turun matçında turnir cədvəlinin autsayderlər zonasında qərarlaşan “Kasımpaşa”nı qəbul edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər