İdman

Qalatasaray derbinin qalibi oldu

22 sentyabr / 14:53 1 dəq
Galatasaray
22 sentyabr / 14:53
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.

Qerbxeber.com  xəbər verir ki, prinsipial görüşdə “Fənərbaxça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Cim-bom”un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. “Sarı-lacivərdlər”də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbaxça” isə 13 xalla ikinci pillədə qalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər