Dünya

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu olub

19 may / 08:50 1 dəq
Indir 2025 05 19t084925.908
19 may / 08:50
Burada sizin reklamınız ola bilər

Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.

Qerbxeber.com xəbər verir ki, bu gün keçirilən bütün matçlar eyni saatda baş tutub.

Lider “Qalatasaray” öz meydanında “Kayserispor”u qəbul edib.

Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb.

Bu nəticə ilə xallarının sayını 89-a çatdıran “sarı-qırmızılılar” sona 2 tur qalmış 25-ci çempionluğunu rəsmiləşdirib.

“Fənərbaxça” isə öz meydanında “Eyüpspor”a Edin Ceko və Yusif En-Nesrinin qolları ilə qalib gəlib – 2:1.

Türkiyə Super Liqası
XXXVI tur

20:00. “Qalatasaray” – “Kayserispor” – 3:0
20:00. “Fənərbaxça” – “Eyüpspor” – 2:1
20:00. “Kasımpaşa” – “Başakşəhər” – 2:3
20:00. “Alanyaspor” – “Beşiktaş” – 1:1
20:00. “Antalyaspor” – “Qaziantepspor” – 0:0
20:00. “Bodrumspor” – “Trabzonspor” – 1:1
20:00. “Samsunspor” – “Sivasspor” – 1:0
20:00. “Rizəspor” – “Göztəpə” – 6:3

Paylaş
Burada sizin reklamınız ola bilər