Dünya

Qəzzada ölənlərin sayı 40 099 nəfərə çatıb

19 avqust / 08:35 1 dəq
66c1d52ad374166c1d52ad3742172397905066c1d52ad373f66c1d52ad3740
19 avqust / 08:35
Burada sizin reklamınız ola bilər

Qəzzada son sutkada 25 fələstinli ölüb, 73 nəfər yaralanıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Son sutkada İsrailin hücumları nəticəsində 32 nəfər ölüb.

Beləliklə, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 099 nəfərə, yaralananların sayı 92 609 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər