Dünya

Qəzza zolağında ölənlərin sayı 12 mini keçib

18 noyabr / 10:56 1 dəq
1a6904135559a321ee65a7d36060bb7a
18 noyabr / 10:56
Burada sizin reklamınız ola bilər

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 12 mindən çox insan həlak olub.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Aljazeera” telekanalı məlumat yayıb. Fələstin tərəfinin məlumatına görə, ölənlərdən 5 mini uşaq, 3 mini isə qadındır. Yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.

İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1 200 nəfərdən çox olduğunu bildirib.

Məlumat üçün bildirək ki, “Həmas” silahlılarının 7 oktyabrda həyata keçirdiyi hücuma cavab olaraq İsrail “Dəmir qılınclar” adlandırdığı əməliyyatı başladıb.

Paylaş
Burada sizin reklamınız ola bilər