Bölgə xəbərləri

Qəza oldu, 16 yaşlı oğlan öldü

7 avqust / 15:45 1 dəq
.
7 avqust / 15:45
Burada sizin reklamınız ola bilər

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

“Qərb Xəbər”in əldə etdiyi  məlumata görə, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Şəmkir RPŞ-nin İB-də fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Paylaş
Burada sizin reklamınız ola bilər