Ağstafa

Qərb bölgəsində sabahdan partlayış səsləri eşidiləcək-MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI

22 sentyabr / 15:15 1 dəq
48d0285b614cd5de924b4258f74a68e1
22 sentyabr / 15:15
Burada sizin reklamınız ola bilər

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir.

Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər