Dünya

Putinin bu ölkəyə girişi qadağan edildi

28 aprel / 15:02 1 dəq
644b991287254644b9912872551682675986644b991287251644b991287253
28 aprel / 15:02
Burada sizin reklamınız ola bilər

Rusiya prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib.

“Qərb Xəbər” xarici mediaya istinadla xəbərinə görə, bunu Moldovanın baş naziri Dorin Reçan ölkə televiziyasına müsahibəsində deyib.

Reçanın sözlərinə görə, Moldovada ölkəyə daxil ola bilməyəcək Rusiya vətəndaşlarının qara siyahısı var, bəzi məmurlar onların bu siyahıya daxil edildiyini yalnız Moldovaya daxil olmaq istəyəndə öyrənirlər.

Reçan söz verib ki, qara siyahı nə vaxtsa ictimaiyyətə açıqlanacaq. “Nə vaxtsa açıq siyahı hazırlayacağıq, hazırda bu gün işləyən mexanizm kifayətdir”, – o, vurğulayıb.

Dorin Reçan qeyd edib ki, “ölkəyə girməməli olan heç kim daxil olmayıb”. Moldova baş naziri söz verib: “Biz müharibəni təbliğ edən və ondan qidalananların hamısının ağzını bağlayacağıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər