Dünya

Putini İstanbulda şəxsən gözləyəcəm-Zelenski

11 may / 23:41 1 dəq
Zelenski Yeni
11 may / 23:41
Burada sizin reklamınız ola bilər
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də rusiyalı həmkarı Vladimir Putini Türkiyədə şəxsən gözləyəcəyini deyib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti bəyanat yayıb.

“Biz sabah tam və davamlı, diplomatiya üçün lazımi baza təmin edəcək atəşkəs gözləyirik. Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm. Ümid edirik ki, bu dəfə ruslar razılaşmayaraq, imtina səbəbləri axtarmayacaqlar”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, ötən gecə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda sülh danışıqlarına başlamağı təklif etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər