Bölgə xəbərləri

Putin üçtərəfli görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini deyib

1 noyabr / 01:11 2 dəq
President vladimir putin
1 noyabr / 01:11
Burada sizin reklamınız ola bilər
Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşü faydalı adlandırıb.
“Qərb Xəbər”  məlumat verir ki, bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.
” Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Ancaq, açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik”.
Rusiya lideri buna ümumi qiymətləndirmə ilə razı olduğunu bəyan edib və görüşün faydalı olduğunu deyib.
Onun sözlərinə görə, ümumilikdə vəziyyətin nizamlanmasına istiqamətlənən gələcək addımlar üçün şərait yaranıb.
“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Ölkələrimiz deyəndə həm Rusiyanı, həm Azərbaycanı, həm də Ermənistanı, regionun bütün ölkələrini nəzərdə tuturam. Çünki münasibətlərin normallaşmasında bu ərazilərdə yaşayan bütün xalqları maraqlıdırlar. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürünü də bildirib:
“Mən Ermənistan baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, siz Rusiyaya – Soçiyə gəlməyə və bu müzakirələri aparmağa razılıq verdiniz. Razılaşdığımız kimi biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu cür uzun sürən münaqişəyə nöqtə qoymaq üçün lazım olan həlləri axtarmağa davam edəcəyik”, – deyə Putin əlavə edib.
Paylaş
Burada sizin reklamınız ola bilər