Bölgə xəbərləri

Putin İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək

29 oktyabr / 09:54 1 dəq
Putin əliyev
29 oktyabr / 09:54
Burada sizin reklamınız ola bilər

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirəcək.

“Qərb Xəbər” bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Putin, Paşinyan və Əliyev arasında üçtərəfli danışıqlar keçiriləcək.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”, – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər