Dünya

Putin Hindistanın baş naziri ilə görüşəcək

8 iyul / 09:15 1 dəq
668b0927cae0d668b0927cae0e1720387879668b0927cae0b668b0927cae0c
8 iyul / 09:15
Burada sizin reklamınız ola bilər

Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Federasiyasına rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Hindistanın baş nazirinin səfərinin iki gün; 8-9 iyul tarixində baş tutması planlaşdırılır.

Kremldən verilən yazılı açıqlamada səfər əsnasında ​hər iki ölkə liderinin ölkələrinin gələcək inkişafını, ənənəvi dost Rusiya-Hindistan münasibətlərini müzakirə etməyi planlaşdırdıqları bildirilir.

Rusiyaya səfər, son parlament seçkilərindən sonra ardıcıl üçüncü dəfə Hindistanın baş naziri olmuş Modinin ilk xarici səfəri olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər