Bölgə xəbərləri

Prokurorluq Qazax sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb

22 sentyabr / 15:29 1 dəq
614af8e6d9ab2614af8e6d9ab31632303334614af8e6d9ab0614af8e6d9ab1
22 sentyabr / 15:29
Burada sizin reklamınız ola bilər

Prokurorluq Qazax sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb.

Rayon prokurorluğunun yaydığı məlumatda deyilir:

“22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir”.

Paylaş
Burada sizin reklamınız ola bilər