Bölgə xəbərləri

Professor Rafiq İsmayılın bu gün anım günüdür

5 oktyabr / 15:39 2 dəq
310668623 3510566155896469 1601574848410954508 n
5 oktyabr / 15:39
Burada sizin reklamınız ola bilər
Bu gün görkəmli ziyalı,şərqşünas alim, tanınmış dövlət xadimi- Rafiq bəy İsmayılın anım günüdür. Rafiq İsmayılov 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
1960-cı illərdən başlayaraq Müsavat ideyalarının Azərbaycanda yayılmasının ən fəal daşıyıcılarından biri olan Rafiq bəy, Oktay Eldəgəz, Əbülfəz Elçibəy və digər silahdaşlarla birlikdə gizli təşkilatlarda Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Elçibəylə yaxın dost olan Rafiq bəyi həyat AXC-Müsavat dövründə Azərbaycan Respublikası Prezidentinin humanitar məsələlər üzrə dövlət müşaviri kimi vəzifəsinə də gətirir.
…Onun şərəfli 78 illik həyat yolunda nəzər salanda Elçibəy kimi təkcə Misirdə yox, 1964-1967-cı illərdə SSRİ İqtisadi əlaqələr komitəsinin xətti ilə Sudanda və Yəməndə ərəb dili tərcuməçisi kimi çalışmasını görürük . 1968-ci ildən BDU Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, 1971-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent olub. 1978-1986-ci illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində çalışıb .
Uzun müddət BDU-da müəllimlik edən Rafiq bəy 2017-ci ildə oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günündə dünyasını dəyişib. Qazax rayonu Xanlıqlar kənd məzarlığında, öz vəsiyyətinə uyğun olaraq torpağa tapşırılıb.Rafiq bey ismayil
Allah rəhmət etsin!
310428807_3510566642563087_6642267158002547467_n310480642_3510566229229795_5144061081292204403_n
Paylaş
Burada sizin reklamınız ola bilər