Dünya

Priqojin öldürüldü.

24 avqust / 09:34 1 dəq
369705832 6434318356644752 3143878646361734059 n
24 avqust / 09:34
Burada sizin reklamınız ola bilər
Priqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə Vaqnerin qiyamından dərhal sonra yox, indi?!
Vaqnerin rəhbəri Afrikada idi, təyyarəsi də oradan Rusiyaya qayıdarkən vurulub və qruplaşmanın bütün “komandanlığı” onunla birlikdə olub. Beləliklə, Priqojin və ətrafı sıradan çıxarıldı. Lakin Vaqner qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib, görünür, qiyamdan sonra “toxunulmayan” Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub.
Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, Vaqnerin Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər