“Üç həftə keçdi və əsas demokratik tərəfdaşlarımızdan heç biri bu seçkiləri tanımayıb. Əksinə, onlar pozuntulara və müxtəlif təzyiq metodlarına diqqət çəkirlər. Beləliklə, qərar artıq verilib: bu seçkilər baş tutmayıb”.
Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.
Orbeliani Sarayında keçirilən brifinqdə ölkə başçısı qeyd edib ki, ölkədə iqtisadi və maliyyə böhranı bütün göstəricilərə görə qapımızı döyür və bunu ölkənin prezidenti olaraq o, heç vaxt yol verməyəcək.
“Bu vəziyyəti nəzərə alaraq, ölkə çox ciddi durumdadır və daha da açıq deyim, ölkə ciddi təhlükələrlə üz-üzədir. Bu təhlükələrdən biri destabilizasiyadır ki, bu da ikihakimiyyətliliyə və qütbləşmənin dərinləşməsinə səbəb ola bilər. Hər gün müşahidə etdiyimiz kimi, buna son dərəcə aqressiv hakimiyyət və onun tərəfdarlarının təşkil etdiyi təbliğat kömək edir. Siyasi qeyri-sabitlik, həmçinin, xarici amillərdən qaynaqlanan xarici destabilizasiya ilə nəticələnə bilər. Bu cür destabilizasiya riski artır, xüsusən də ölkə tərəfdaşlarla sıx əlaqələr əvəzinə, bugünkü hakimiyyətin xarakterik xüsusiyyəti olaraq, təcrid yolunu seçdikdə. Eyni zamanda, iqtisadi və maliyyə böhranı, bütün göstəricilərə görə, qapımızı döyür. Bu ölkənin prezidenti olaraq mənim bu vəziyyəti qəbul etməyə haqqım yoxdur və buna nə icazə verəcəyəm, nə də yol verəcəyəm. Buna görə də bu, qaçılmaz, dərin və təhlükəli böhrandan çıxış yolunu birgə tapmalıyıq, onu cəmiyyətə, siyasi qüvvələrə və tərəfdaşlarımıza təklif etməliyik. Məncə, bunu indiki hakimiyyət də eşitməlidir, çünki bu, mövcud vəziyyətdən yeganə sabit və sülh yolu ilə çıxışdır” , – deyə Salome Zurabişvili qeyd edib.