Kateqoriyasız

Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”

16 oktyabr / 17:45 1 dəq
C1d48e0e ff73 368b bab0 f6b40e5be933 850 (1)
16 oktyabr / 17:45
Burada sizin reklamınız ola bilər

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi” – Prezident əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər